Fransa normal həyata qayıdır

Fransa normal həyata qayıdır
  15 Mart 2022    Oxunub:1226
Fransa artıq normal həyata qayıdır. Ölkədə Covid 19 pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalar aradan qaldırılır.
AzVision.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Bildirilir ki, bazarertəsi Covid 19-la bağlı tətbiq edilən qadağalara son qoyulub. Ölkənin əksər bölgələrində maskaya dair tələb olunan qadağalar da aradan qaldırılıb. Artıq peyvənd olunmayan insanların restoranlara, idman arenalarına və digər qapalı məkanlara daxil olmasına icazə verilir.

- Fransadakı xəstəxanalarda vəziyyət yaxşılaşdıqdan və infeksiyaya yoluxma halları mütəmadi olaraq azaldıqdan sonra Fransa hökuməti bu barədə əhaliyə rəsmi şəkildə elan edib.
Ancaq son günlərdə yeni yoluxma hallarının sayı yenidən artmağa başlayıb. Məhdudiyyətlərin aradan qaldırılması üçün vaxtından əvvəl qəbul edilən qərarlar bəzi tədqiqatçıların narahatçılığına səbəb olub. Yeni yoluxmalar 1 həftə ərzində 50,000-dən təxminən 60,000-ə çatıb, - məqalədə yazılıb.

Aytən Əzimova
AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti