Rusiyadan ABŞ-a yumurta və quş əti qadağası

   Rusiyadan ABŞ-a yumurta və quş əti qadağası
  15 Mart 2022    Oxunub:1042
"Rosselxoznadzor" martın 16-da ABŞ-ın dörd ştatından Rusiyaya diri quşların, inkubasiya yumurtalarının və quşçuluq məhsullarının tədarükünə müvəqqəti qadağa qoyub. AzVision.az xəbər verir ki, bununla bağlı sənəd agentliyin saytında dərc olunub.
- ABŞ-da yüksək patogenli quş qripi viruslarına yoluxma ilə bağlı epizootik vəziyyətin pisləşməsi ilə əlaqədar 16 mart 2022-ci il tarixindən etibarən ABŞ-ın inzibati ərazilərindən Rusiya Federasiyasına ixraca müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Bunlar Merilend, Cənubi Dakota, Ayova və Missuri ştatlarıdır, - sənəddə deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti