Zelenskidən orduda kadr dəyişikliyi

Zelenskidən orduda kadr dəyişikliyi
  15 Mart 2022    Oxunub:1096
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi kadr dəyişikliyi edib. AzVision.az xəbər verir ki, o bu barədə gündəlik videomüraciəti zamanı məlumat verib. Prezident Ukrayna Birləşmiş Qüvvələrinin əməliyyat komandanı vəzifəsinə general-mayor Eduard Moskalev təyin edib.
Qeyd edilir ki, məlum qərarlar işğalçıların Kiyevi ələ keçirmək niyyətləri ilə bağlı verilib.

- İşğalçılar paytaxtımızı ələ keçirməyi özlərinin əsas məqsədləri hesab etməkdə davam edirlər. Siyasi məqsəd. Onlar ümid edirlər ki, Kiyev üzərində nəzarət onlara Ukrayna üzərində nəzarəti verəcək. Bu, mütləq absurddur. Özü də bütün nöqteyi-nəzərdən, - Prezident deyib.

Moskalevin sələfi general-leytenant Oleksandr Pavluk isə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyinat alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti