Kiyevdə daha bir əcnəbi jurnalist həlak olub

   Kiyevdə daha bir əcnəbi jurnalist həlak olub
  15 Mart 2022    Oxunub:1166
Ukraynada gedən döyüşlər zamanı daha 2 jurnalist yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, bunlar Britaniyadan olan "Fox News"un əməkdaşı Pyer Zakrevskiy və ukraynalı jurnalisti Aleksandra Kuvşinovadır. Bildirilir ki, onlar Kiyev ətrafında yaralanıblar.

"Fox News" telekanalının xəbərlər proqramının aparıcısı Con Roberts isə tviterdə məlumat yayıb ki, operatorları Pyer Zakrevskiy artıq həlak olub. Telekanalın digər əməkdaşı, müxbir Benjamin Hollun isə döyüşlər zamanı yaralandığı bildirilir.



Qeyd edək ki, buna qədər də bu müharibədə daha 2 jurnalist ölüb və 2-si isə yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti