- Millətçi batalyonların və rəsmi Kiyevin vətəndaşların çıxarılmasına qoyduğu bütün maneələrə baxmayaraq, son sutka ərzində Ukrayna tərəfinin iştirakı olmadan Ukraynanın müxtəlif bölgələrində, eləcə də Luqansk və Donetskdəki təhlükəli zonalardan 11 372 nəfər təxliyə edilib. Onlardan 1873-ü uşaqdır. Ümumilikdə isə xüsusi hərbi əməliyyat başlayandan indiyədək 258 791 nəfər təxliyə edilib. Onların 56 180-i uşaqdır, - Mizintsev deyib.
O əlavə edib ki, son sutka ərzində 1368, xüsusi əməliyyat başlayandan isə 29 mindən çox şəxsi avtomobil Rusiya sərhədini keçib.
Tural Tağıyev
AzVision.az