Rusiya Avropa Şurasından çıxıb - XİN bəyanat yaydı

   Rusiya Avropa Şurasından çıxıb -    XİN bəyanat yaydı
  15 Mart 2022    Oxunub:1781
Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. XİN məlum qərarı şərh edərək bunun Rusiya vətəndaşlarının hüquq və azadlıqlarına təsir etməyəcəyini bəyan edib.

Moskva Baydenlə Blinkenə sanksiya tətbiq edib
- Ölkəmizin bu təşkilatdan çıxması Rusiya vətəndaşlarının hüquq və azadlıqlarına təsir etməyəcək. Rusiya Federasiyasının Konstitusiyası onlar üçün Avropa İnsan Hüquqları Konvensiyasından az təminat müəyyən etmir, - bəyanatda deyilir.

Nazirlik qeyd edib ki, NATO və Avropa İttifaqı dövlətləri Avropa Şurasında çoxluqdan sui-istifadə edərək bu təşkilatı ardıcıl olaraq anti-Rusiya siyasətinin alətinə çevirir, bərabərhüquqlu dialoqdan imtina edir və fevralın 25-də Rusiyanın Avropa Şurasının qanuni orqanlarında təmsilçiliyinin dayandırılmasına dair diskriminativ qərar verib.

- Belə şərtlər daxilində ölkəmiz Avropa Şurasında qalmayacaq. Bu il martın 15-də baş katib Mariya Peyçinoviç-Buriç Rusiya Federasiyasının Təşkilatdan çıxması barədə bildiriş alıb, - nazirliyin bəyanatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti