İsrail Ukraynadan qaçqın qəbulunu dayandırdı

   İsrail Ukraynadan qaçqın qəbulunu dayandırdı
  15 Mart 2022    Oxunub:1055
Martın 13-dən İsrail ukraynalıların qəbulunu məhdudlaşdırıb. Ukrayna bu qərardan təəccüblənib. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O Ukraynaya çətin müharibə dövrünü və onun ilkin nəticələrini aradan qaldırmaq üçün atdığı addımlara görə İsrailə təşəkkür edib. Lakin Yermak qaçqınların ölkəyə buraxılmasını dayandırmaq qərarını gözlənilməz addım sayıb0.

- Bütün tərəfdaşlarımıza xatırladıram: xalqlarınız çoxdan və aydın şəkildə göstərdi ki, siz nə etməlisiniz. Seçicilərinizi görün və eşidin. Onlar öz seçimini etdilər. Ukraynanı dəstəkləyirlər. Onlar bizimlədirlər. Bəs siz?, - Andriy Yermak deyib.

Prezident Ofisinin rəhbəri həmçinin onu da qeyd edib ki, Ukrayna ölkənin və ukraynalıların maraqlarına xələl gətirən istənilən addıma cavab verəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti