"Baydenlə Zelenskinin görüşü təşkil oluna bilər" - Psaki

   "Baydenlə Zelenskinin görüşü təşkil oluna bilər" -    Psaki
  15 Mart 2022    Oxunub:1077
ABŞ administrasiyası prezident Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirilməsi ehtimalını istisna etmir. Bu, martın sonunda Brüsseldə baş tuta bilər və Amerika liderinin səfər proqramı hələ də razılaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

- Hazırda heç bir variant istisna edilmir. İndi əsas diqqətimiz Brüsseldə NATO tərəfdaşları ilə görüşlər keçirməkdir. Proqramda hər hansı əlavə dəyişiklik olarsa, sizi xəbərdar edəcəyik, - Psaki bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti