Volodin Birinci Kanaldakı insidentə sərt reaksiya verdi

   Volodin Birinci Kanaldakı insidentə sərt reaksiya verdi
  15 Mart 2022    Oxunub:1140
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Birinci Kanalın canlı yayımında yaşanmış insidentə reaksiya verib.
AzVision.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarını müharibə əleyhinə sözlər yazılmış plakat ilə canlı yayıma çıxan Birinci Kanalın əməkdaşının hərəkətinə sərt şəkildə yanaşmağa çağırıb.

Ovsyannikova 30 min rubl cərimələndi
- Bu telekanal məmurunun bizim uşaqlar, ölkəmizlə bağlı zərrə qədər də narahatlığı yoxdur. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Xuliqanlıq müstəvisində yox, xüsusi təyinatlı hərb əməliyyatların aparıldı şəraitində baş verən hadisə kimi, - Volodin deyib.
Parlamentari əlavə edib ki, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə bu məsələni nəzarətə götürmək tapşırılıb.

Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti