3 ölkənin baş naziri Kiyevə gəlib - FOTOLAR

   3 ölkənin baş naziri Kiyevə gəlib -  FOTOLAR
  15 Mart 2022    Oxunub:2033
Polşa, Sloveniya və Çexiyanın baş nazirləri Ukrayna paytaxtı Kiyevə gəliblər. AzVision.az xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Mateuş Moravetski məlumat yayıb.
- Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada bizim hər birimizin gələcəyi tarazlıqdadır. Avropa İttifaqı Ukraynanı dəstəkləyir. Hansıki, bunu dostların köməyi saymaq olar. Bu mesajı biz bu gün Kiyevə çatdırdıq, - o deyib.

Moravetski həmçinin qeyd edib ki, "Biz Şərqdə baş verən faciəni mümkün qədər tez dayandırmalıyıq. Ona görə də baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya, Sloveniyanın baş nazirləri Petr Fiala və Janez Yanşa ilə birlikdə Kiyevdəyik".


Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Polşa  



Xəbər lenti