Britaniya Xudaverdyanla Qasparyana sanksiya tətbiq etdi

   Britaniya    Xudaverdyanla Qasparyana    sanksiya tətbiq etdi
  15 Mart 2022    Oxunub:1042
Böyük Britaniya Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar "Yandex"in yeni rəhbəri Tiqran Xudaverdyana qarşı da sanksiya təbiq edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Xudaverdyandan başqa jurnalistlər Artem Şeynin və Armen Qasparyanın da adı sanksiyalar siyahısına düşüb.

Xudaverdyan "Yandex"in Rusiyadakı baş direktoru təyin edildi
Sanksiyalara Britaniyadakı aktivlərin dondurulması və ölkəyə girişin qadağan edilməsi daxildir.
Britaniyanın xarici işlər naziri Liz Trasın sözlərinə görə, hazırda mindən çox Rusiya vətəndaşı və biznes sahəsi sanksiyalar altındadır.

Xatırladaq ki, "Yandex" bu gün Tiqran Xudaverdyanın şirkətin Rusiyadakı baş direktoru vəzifəsinə təyin olunduğunu elan edib. Tiqran yeni vəzifəsini bütün şirkətlər qrupunun idarəedici direktoru vəzifəsi ilə birləşdirəcək.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Sanksiya  



Xəbər lenti