Daha beş ölkə Rusiyaya qarşı sanksiyaya qoşuldu

Daha beş ölkə Rusiyaya qarşı sanksiyaya qoşuldu
  12 Aprel 2014    Oxunub:1585
Ukraynada vəziyyət gərgin olaraq qalır.
Qərb ölkələri iqtisadi sanksiyalarlarına baxmayaraq Rusiya Ukrayna siyasətini dəyişmir. Baş nazir Arseni Yatsenyuk isə təslim olmaq üçün verilən vaxtın bitməsinə baxmayaraq nümaişçiləri dioloqa çağırdı. Ukraynanın federallaşması korrupsiyalaşmış regional başçıların meydana gəlməsinə gətirib çıxaracaq. Bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib.
ARSENİ YATSENYUK UKRAYNANIN BAŞ NAZİRİ: “Bir çoxları başa düşmürlər ki, federallaşma bir neçə ”kiçik Yanukoviçlərin” peyda olması ilə nəticələnəcək. Biz bunu etməyəcəyik”

Baş nazir qeyd edib ki, hökumət artıq mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsinə başlayıb. Bununla belə, Yatsenyuk vilayət icra hakimiyyətlərinin ləğv olunacağını bildirib. Rusiyanın Xarici İşlər Nazirinin müavini Qenadi Qatilovsa Ukraynadakı rusdilli əhali üçün narat olduqlarını deyib.

QENADİ QATİLOV RUSİYA XİN MÜAVİNİ: "Ukrayna İnsan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına dərhal son qoymalıdır. Təcili olaraq əhalinin bütün təbəqələrinin qanuni maraqlarına hörmətlə yanaşan demokratik standartlara əsaslanan hüquqi dövlət yaradılmalıdır. Rusdilli əhalini gah qeyri-yerli, gah azlıq, gah işğalçı, gah da yadplanetli elan edirlər. Buna son qoyulmalıdır”

Qarşıdurmalarsa davam edir. Ukraynanın şərqində olan Luqansk və Donetsk şəhərlərində Rusiya tərəfdarlarının ictimai binaları ələ keçirmələri davam edir. Hökumətin, silahı buraxıb təslim olsanız bütün itihamlar aradan qalxacaq təklifi ilə razılaşmayan Rusiya tərəfdarları Luqanskda ələ keçirdikləri polis idarəsinin binasından çıxmırlar. Bəzi nümaişçilərin üzərində partlayıcı madə və odlu silah olduğu müşahidə olunub. Baş nazir Arseniy Yatsenyuk Donetskin gələrək nümaişçilərə müraciət edib.

ARSENİ YATSENYUK UKRAYNANIN BAŞ NAZİRİ: "Ukraynanın mərkəzi hökuməti yalnız şərq bölgələri ilə deyil, eyni zamanda bütün vətəndaşların qanuni haqqlarını və tələblərini yerinə yetirmək üçün dioloqa hazırdır."

Nümaişçilərsə fedarasiya qurluşunu formalaşdıracaq referendumun keçirilməsinə icazə verilməyənədək silahı buraxmayacaqlarını bildirirlər. Bütün bunların fonunda Rusiya ilə Qərb ölkələri arasında Ukrayna böhranından dolayı yaranan gərginlik artmaqdadır. Qərb ölkələri siyasi və iqtisadi sanksiyalarla problemin həllinə nail olunacağına inanır. Avropa Birliyinin yüksək çinli məmurlara qarşı tətbiq etdiyi sanksiyalar davam edir. Bunlar Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, baş nazirin müavini Dmitriy Roqozin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Sergey Narışkin, “Rossiya segodnya” agentliyinin rəhbəri Dmitri Kiselyov, prezidentin müşaviri Sergey Qlazyev, Qara Dəniz donanması komandanının müavinləri Aleksandr Nosatov və Valeriy Kulikov, Krımda silahlı qüvvələrin komandanı İqor Turçenyuk, Dövlət Dumasının deputatı Yelena Mizulina və Krımda referendumun keçirilməsində məhsul şəxslər Mixail Malışev və Valeri Medvedevdir. Bundan əlavə Rusiyanın Avropaya qaz təhdidindən dərhal sonra daha beş ölkə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub. Saksiyalara qoşulan ölkələr Ukrayna, İslandiya, Albaniya, Çernaqoliya və Norveçdir.

Nicat Abdullayev
AzVision.az



Teqlər:





Xəbər lenti