Rusiya AŞPA-dan çıxarıldı

   Rusiya AŞPA-dan çıxarıldı
  16 Mart 2022    Oxunub:1412
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər.
AzVision.az xəbər verir ki, heç bir ölkə qərarın əleyhinə səs verməyib. Səsvermədə iştirak edən deputatalardan 216-sı Rusiyanın AŞPA-dan çıxarılmasını dəstəkləyib, 3 deputat isə bitərəf qalıb. AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.

Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb. Eyni zamanda, Avropa Şurasının digər üzvləri də həmin qurumlara maliyyə ayıracaq. Həmçinin çoxlu sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.

AzVision.az


Teqlər: AŞPA   Rusiya  



Xəbər lenti