- Ukrayna aviasiyası Xerson yaxınlığında müvəqqəti ələ keçirilən hava limanında yerləşdirilmiş rus işğalçılarının hərbi helikopterlərini məhv edib. "Planet Labs"ın yeni peyk görüntülərindən də görmək olar ki, Ukrayna Hərbi Hava Qüvvələri ən azı 3 düşmən helikopterini yandırmağa müvəffəq olub, - Ukrayna mediası yazıb.
CNN-in məlumatına görə, bu əməliyyatı Ukrayna hərbçiləri martın 15-də həyata keçiriblər. Nəşr bunu Ukrayna Hərbi Hava Qüvvələrininin diyə kimi Rusiya təyyarələrinə ən güclü hücumu adlandırıb.
Dünyada baş verən böyük yanğınları izləyən NASA-nın Resursların İdarə Olunması üçün Yanğın Məlumat Sistemi (FIRMS) də Ukrayna Hərbi Hava Qüvvələrinin işğal olunmuş hava limanına uğurlu zərbə endirdiyini təsdiqləyib.
Qeyd edilir ki, helikopterlərlə yanaşı, hava limanında yerləşən düşmənin hərbi maşınları da yanıb.
Tural Tağıyev
AzVision.az