Kiyev Moskvanın itkilərini açıqladı: 13,800 hərbçi, 108 helikopter

   Kiyev Moskvanın itkilərini açıqladı:    13,800 hərbçi, 108 helikopter
  16 Mart 2022    Oxunub:722
Ukrayna Rusiyanın müharibədə verdiyi itkilərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Saytlar Silahlı Qüvvələrin Baş Qərargahının Moskvanın döyüş itkiləri ilə bağlı açıqladığı statistikaya istinad ediblər.

Moskva Kiyevin itkilərini açıqladı: 111 təyyarə, 1353 tank
- Fevralın 24-dən martın 16-dək düşmənin itkiləri artıb. Heyət olaraq təxminən 13,800 nəfər öldürülüb. Bundan başqa 430 tank, 1375 zirehli döyüş maşını, 190 artilleriya sistemləri, 70 MLRS, 43 hava hücumundan müdafiə sistemləri, 84 təyyarə, 108 helikopter, 819 avtomobil texnikaları, 3 gəmi və qayıq, 60 yanacaq və sürtkü yağları üçün sistern, 11 Pilotsuz Uçan parata (PUA) və 10 xüsusi texnika məhv edilib. Baş Qərargah qeyd edib ki, məlumatlar dəyişə də bilər, statistika dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib, - məqalədə yazılıb.

Xatırladaq ki, bu gün Rusiya da Ukraynanın verdiyi itkilər barədə məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İtki  



Xəbər lenti