Ukrayna Rusiyanın haubitsa divizionunu sıradan çıxarıb - VİDEO

   Ukrayna Rusiyanın haubitsa divizionunu sıradan çıxarıb -    VİDEO
  16 Mart 2022    Oxunub:1677
Ukrayna mediası Rusiya hərbçilərinin mövqelərinə hücumu əks etdirən yeni videolar yayıb. AzVision.az xəbər verir ki, saytlar əməliyyatın 93-cü “Xolodnıy Yar” mexanikləşdirilmiş briqadanın hərbçiləri tərəfindən həyata keçirildiyini yazıblar.
- Sumı vilayətinin Trostyanets dəmir yolu stansiyasının meydanında işğalçıların 2S19 “Msta-S” haubitsa diviziyası məhv edilib.

Kiyev Moskvanın itkilərini açıqladı: 13,800 hərbçi, 108 helikopter
93-cü "Xolodnıy Yar" briqadasının döyüşçüləri gecə saatlarında işğalçıların haubitsa diviziyasın uğurlu hücum təşkil edərək onların mövqelərini dağıtmağa nail olublar. Düşmən Trostyanetsdə dəmiryol vağzalının meydanına xeyli silah sursat yerləşdirmişdi. Onları vurmaq asan deyildi. Çünki işğalçının texnikalarına elə zərbələr endirilməli idi ki, mülki infrastruktura ciddi ziyan dəyməsin. "Xolodniyarsklılar" bu çətin tapşırığın öhdəsindən gələ biliblər, - məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Divizion  



Xəbər lenti