Növbəti Azərbaycan-Rusiya biznes forumu keçirilir

Növbəti Azərbaycan-Rusiya biznes forumu keçirilir
  12 Aprel 2014    Oxunub:1020
Bakıda bu il üçüncü dəfə Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Rusiyanın Ulyanovsk vilayəti hökumətinin sədri və qubernatoru Sergey Morozovun Azərbaycana səfəri çərçivəsində aprelin 14-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat veriblər.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti, sənaye, konsaltinq və turizm sahələrində fəaliyyət göstərən Rusiya şirkətləri iştirak edəcəklər.

Nazirlikdən bildiriblər ki, foruma Azərbaycan və Rusiyadan təqribən 60 şirkətin qatılacağı gözlənilir. Bu siyahının genişlənəcəyi istisna edilmir.

Qeyd edək ki, bu, 2014-cü ildə Bakıda RF regionlarından (Sverdlovsk və Stavropol) iş adamlarının iştirak etdiyi üçüncü biznes forumdur.


Teqlər:  





Xəbər lenti