"Z" yə görə təqaüdçünü vuranı xüsusi təyinatlılar tutdu - VİDEO

   "Z" yə görə təqaüdçünü vuranı xüsusi təyinatlılar tutdu -    VİDEO
  16 Mart 2022    Oxunub:1788
Rusiya mediası avtomobilinə "Z" işarəsi vuran təqaüdçünün döyülməsi ilə bağlı video yayıb. AzVision.az xəbər verir ki, saytlar görüntülərin Daxili İşlər Nazirliyi tərəfindən təqdim edildiyini yazıb.
- Kadrlarda Federal Təhlükəsizlik Xidməti (FTX) veteranı olan təqaüdçüyə hücum anı və həmin şəxsin saxlanması prosesi əks olunub. Bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi insidentdə günahkarın 36 yaşlı Sevastopol sakini olduğunu bildirmişdi, - məqalədə yazılıb.

Təqaüdçüyə sillə vuran gəncin xüsusi təyinatlıların saxlaması da diqqət çəkib.



Qeyd edək ki, "Z" hərfi Rusiya qoşunlarının Ukraynadakı hərbi əməliyyatlarına dəstəyin qeyri-rəsmi simvoluna çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti