Müharibə vaxtı Kiyevdə 725 uşaq doğulub

Müharibə vaxtı Kiyevdə    725    uşaq doğulub
  16 Mart 2022    Oxunub:748
Ukrayna mediası müharibə dövründə paytaxt Kiyevdə doğulan körpələrin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, saytlar Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznikə istinad ediblər.
Bildirilir ki, 20 günlük müharibədə paytaxtda 725 uşaq dünyaya gəlib.

- Povorostnik sosial şəbəkələrdə yazıb ki, "Dostlar! Həyat davam edir. Bunu paytaxtın doğum evlərində yeni doğulanların sayı ilə bağlı xoş xəbərlər də sübut edir. Rus işğalçıları ilə aparılan 20 günlük müharibədə paytaxtda 725 uşaq dünyaya gəlib: 388 oğlan və 337 isə qızdır. Yeni doğulanlar arasında 12 əkiz də var”.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti