“The Guardian”: "Çin Rusiyaya iqtisadi yardım etmək qərarına gəlib"

      “The Guardian”:    "Çin Rusiyaya iqtisadi yardım etmək qərarına gəlib"
  16 Mart 2022    Oxunub:904
Çin Rusiyaya iqtisadi və maliyyə yardımı etmək qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşr ABŞ və Çin nümayəndələrinin martın 14-də Romada keçirilən görüşünün nəticələri ilə tanış olan mənbəyə istinadən yazıb ki, “Pekin artıq Rusiyaya iqtisadi və maliyyə cəhətdən dəstək vermək qərarı verib və onun nümayəndə heyəti danışıqlarda bunu vurğulayıb”.

Müəllif Vaşinqtonun Pekini Moskvadan uzaqlaşdırmaq cəhdlərinə pessimist yanaşıb.

Qeyd edək ki, bir müddət öncə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Qərb mətbuatının Moskvanın Ukraynada hərbi xüsusi əməliyyatda Pekindən hərbi yardım istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. O vurğulayıb ki, son vaxtlar ABŞ Ukrayna məsələsində Çinlə bağlı fəal şəkildə yalan məlumatlar yayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti