ABŞ və NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərir

      ABŞ və NATO    Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərir
  16 Mart 2022    Oxunub:1105
ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini səmanı Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin edib. AzVision.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Söhbət sovet dövründən qalma zenit-raket komplekslərindən gedir. Bunlar “Osa” (NATO təsnifatına görə – SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşınan “Strela-3” zenit-raket kompleksləridir. (SA- 14).
Bu sistemlər "Stinger" raketlərindən daha uzun məsafəyə atışa malikdir və bu da Rusiyanın qanadlı raketlərini vurmağa imkan verir.

Qeyd edilir ki, silahlar NATO tərəfdaşı olan ölkələr tərəfindən təmin edilib. Bu sistemlərin tədarükçü ölkəyə necə qaytarılacağı hələ aydın deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti