Putin vətəndaşlara yeni iqtisadi dəstək tədbirlərini açıqlayıb

   Putin vətəndaşlara yeni iqtisadi dəstək tədbirlərini açıqlayıb
  16 Mart 2022    Oxunub:759
Vladimir Putin vətəndaşlara dəstək üçün yeni tədbirlər haqqında fərman imzalayıb. AzVision.az xəbər verir ki, o, bu barədə iqtisadi məsələlərə həsr olunmuş iclasda məlumat verib.
Sənəd regional hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirir və onları sosial-iqtisadi sabitliyi təmin etmək üçün bəzi tədbirləri görməyə məcbur edir. Bu tədbirlər içərisində sosial müavinətlərin artırılması, çətin şəraitdə yaşayan vətəndaşlara ünvanlı dəstək, zəruri malların qiymətlərinin monitorinqi, əhalinin məşğulluğunun təmin edilməsi, o cümlədən yenidən hazırlıq və ixtisasartırmanın təşkili, biznes üçün inzibati maneələrin azaldılması və ona ünvanlı dəstəyin, o cümlədən güzəştli kreditlərin verilməsi, dövlət satınalmalarında iştirak və digər üstünlüklərin təmin edilməsi, QHT-lərə dəstək də var.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti