Oqtay Əsədov kanadalılarla görüşdü
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədov Azərbaycanın apardığı iqtisadi siyasətin uğurlarından, iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıqdan danışaraq bildirib ki, hazırda ölkəmizdə 37 Kanada şirkəti fəaliyyət göstərir.
Azərbaycan müstəqllikqaazndıqdan bəri ölkə iqtisadiyyatına ümumilikdə 130 mlrd dollar vəsait yatırıldığını deyən spiker iqtisadi inkişafa Ermənistanın apardığı işğalçılıq siyasətinin mənfi təsir etdiyini deyib.
Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyəti dostluq qrupunun üzvləri olan Azərbaycanın millət vəkilləri ilə də görüşüb. Kanadalı qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Kanadalı parlamentarilər Şəhidlər Xiyabanını da ziyarət edib.
Parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin Xocalı soyqırımı və Azərbaycan ərazilərinin işğal olunması faktı ilə bağlı Kanada Parlamentində qətnamə qəbul edilməsi üçün Bakıda müzakirələrin aparılacağını deyib: "Kanada Parlamentində belə bir məslə müzakirə olunmayıb. Amma belə bir məsləni Azərbaycanlı həmkarlarımızla müzakirə eləməyi planlaşdırırıq".