Baş katibdən Rusiyaya: “Veto qoymaq hüququ yoxdur”

      Baş katibdən Rusiyaya:    “Veto qoymaq hüququ yoxdur”
  16 Mart 2022    Oxunub:1354
Rusiyanın Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü perspektivinə veto qoymaq hüququ yoxdur.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bunu Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin fövqəladə iclasından sonra keçirdiyi brifinqdə deyib. O vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlük perspektivi ilə bağlı mesaj uzun illər olduğu kimi indi də dəyişməyib.

“Ukrayna suveren müstəqil dövlətdir. Onun öz yolunu seçmək hüququ var. Biz isə Ukraynanın demokratik yolla seçilmiş hökumətinin qəbul etdiyi qərarlara hörmətlə yanaşırıq. NATO-ya üzvlük istəyir, ya yox, sonra bu məsələ ilə bağlı qərar vermək 30 üzv ölkədən asılıdır, lakin Rusiya bu prosesə veto qoya bilməz”, - Stoltenberq vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO   Ukrayna  



Xəbər lenti