Ruslar yüzlərlə insanın gizləndiyi teatr binasına bomba atıb

   Ruslar yüzlərlə insanın gizləndiyi teatr binasına bomba atıb
  16 Mart 2022    Oxunub:961
Rusiya hərbçiləri Mariupolda uşaqları ilə birlikdə yüzlərlə sakinin gizləndiyi dram teatrını bomabalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb. “Bu gün Rusiya qoşunları Mariupolun mərkəzindəki dram teatrını məqsədyönlü və rüsvayçılıqla dağıdıblar. Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb. Bu dəhşətli və qeyri-insani hərəkətin miqyasını hələ də qiymətləndirmək mümkün deyil. Çünki Şəhərdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir”, - məlumatda deyilir.

Partlayışdan sonra dram teatrının mərkəzi hissəsi dağılıb, binada yerləşən bomba sığınacağına giriş dağıntılar altında qalıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna   Bomba  



Xəbər lenti