ABŞ Ukraynaya əlavə 800 milyon dollar hərbi yardım ayıracaq

   ABŞ Ukraynaya əlavə    800 milyon dollar hərbi yardım    ayıracaq
  16 Mart 2022    Oxunub:1052
Birləşmiş Ştatlar Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib. Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir. Bayden deyib ki, yardım paketinə, həmçinin 9 min tank əleyhinə sistem, 7 min atıcı silah və 20 milyon patron daxildir.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti