Ukrayna Prezidenti Almaniya parlamentində çıxış edəcək

 Ukrayna Prezidenti Almaniya parlamentində çıxış edəcək
  17 Mart 2022    Oxunub:945
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün (17 mart- Red) səhər Almaniya parlamentində çıxış edəcəyini bildirib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna lideri xalqa müraciətində deyib. “Cümə axşamı səhər Almaniya parlamenti qarşısında çıxış edəcəyəm. Ukraynaya daha da böyük dəstək üçün mübarizəmi davam etdirəcəyəm”, - o videomüraciətində bildirib.
Bundan əvvəl Ukrayna prezidenti ABŞ Konqresi və Kanada Parlamenti qarşısında videobağlantı vasitəsilə çıxış edib. “Kyodo” həmçinin bildirib ki, o, Yaponiya parlamentində çıxış etməyi planlaşdırır. İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Zelenskinin Knesset üzvlərinə videomüraciəti martın 20-nə planlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti