Rusiya Ukraynada daha 6 qırıcı itirdi

   Rusiya Ukraynada daha    6 qırıcı itirdi
  17 Mart 2022    Oxunub:1271
Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları ötən gün Rusiyanın üç “Su-30SM” qırıcısını, bir “Su-34” qırıcı bombardmançısını, bir naməlum tipli təyyarəni, iki helikopteri və bir operativ-taktiki PUA-nı məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bundan əlavə, Quru Qoşunların hava hücumundan müdafiəsi müvafiq olaraq şimal və cənub istiqamətlərində daha bir “Su-34” qırıcı bombardmançı və “Ka-52” helikopterinin vurulduğunu bildirib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Təyyarə   Qırıcı  



Xəbər lenti