Altı ölkə BMT TŞ-nın Ukrayna ilə bağlı iclasını tələb edib

   Altı ölkə BMT TŞ-nın Ukrayna ilə bağlı iclasını tələb edib
  17 Mart 2022    Oxunub:882
Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın dünya təşkilatı yanında daimi nümayəndəliyinin tviter səhifəsində dərc olunmuş mesajında deyilir.
Dünya təşkilatındakı mənbənin “TASS”-a verdiyi məlumata görə, Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş Nyu-York vaxtı ilə martın 17-də günortaya planlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: BMT    



Xəbər lenti