Danimarka ukraynalı qaçqınlarla bağlı qanun qəbul etdi

Danimarka ukraynalı qaçqınlarla bağlı qanun qəbul etdi
  17 Mart 2022    Oxunub:895
Danimarka parlamenti Ukraynadan olan qaçqınlara Avropa İttifaQI vətəndaşları ilə bərabər hüquqlar təmin edəcək xüsusi qanun qəbul edib.
AzVision.az xəbər verir ki, bundan sonra ukraynalı miqrantlar Danimarkada bir il müddətinə uzadılma imkanı ilə iki il müddətinə etibarlı olan yaşayış icazəsini daha asan əldə edə biləcəklər. Qanun onlara Danimarka əmək bazarına, sosial yardıma və təhsilə çıxış imkanı verir.

Yaşayış icazəsi almaq üçün Danimarka İmmiqrasiya Xidmətinə müraciət etməli və biometrik məlumatları (foto və barmaq izləri) təqdim etməlisiniz. İmmiqrasiya Xidməti bildirib ki, 3000 ukraynalı artıq xüsusi qanunun qaydalarına uyğun olaraq müraciət edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti