ABŞ-da neft qalxır: Senat neft şirkətlərinin rəsmilərini sorğu-sual edəcək

      ABŞ-da neft qalxır:    Senat neft şirkətlərinin rəsmilərini sorğu-sual edəcək
  17 Mart 2022    Oxunub:948
ABŞ Senatı ölkədə benzinin qiyməti ilə bağlı vəziyyətlə bağlı hesabat vermək üçün ölkənin ən böyük neft şirkətlərinin nümayəndələrini dinləmələrə çağıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Senatdakı Demokratik Çoxluğun lideri Çak Şumer öz tviter səhifəsində məlumat verib.
“İnanılmazdır: böyük neft şirkətləri istehlakçılara deyirlər ki, neftin qiyməti artıq düşsə də, ucuzlaşmanı gözləmli olacaqlar. Biz böyük neft şirkətlərinin nümayəndələrini Senat qarşısında ifadə verməyə çağırırıq”, - o yazıb. ABŞ prezidenti Co Bayden neft şirkətlərini ölkədə benzin qiymətlərini şişirtməməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Senat  



Xəbər lenti