Vyetnam peyvənd olunmayanlar üçün sərhədlərini açdı

   Vyetnam peyvənd olunmayanlar üçün sərhədlərini açdı
  17 Mart 2022    Oxunub:921
Vyetnam hökuməti pandemiya ilə bağlı diqqət çəkən qərar verib. AzVision.az xəbər verir ki, sərhədlər beynəlxalq səyahətçilər üçün tam şəkildə açılıb.
Maraqlıdır ki, bundan sonra ölkəyə daxil olanlara peyvənd statusundan asılı olmayaraq demək olar ki, heç bir məhdudiyyət təbiq edilməyəcək. Yəni peyvənd olunmayan əcnəbilər belə bu ölkəyə rahat şəkildə ayaq basa biləcəklər.

- Hökumət iki illik məhdudiyyətlərdən sonra Rusiya da daxil olmaqla 13 ölkənin vətəndaşları üçün 14 günlük vizasız girişi də bərpa edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin xüsusi qərar verib. Sənəddə deyilir ki, yeni qaydalara əsasən, xarici turistin Vyetnama hava yolu ilə daxil olması üçün yalnız gedişə 72 saat qalmış mənfi PCR testi və ya yola düşməzdən 24 saat əvvəl rəsmi laboratoriyada ekspress test tələb olunur, -yerli saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peyvənd   Sərhəd  



Xəbər lenti