Məşhur prodüsserin evinə mərmi düşdü - FOTOLAR

   Məşhur prodüsserin evinə mərmi düşdü -    FOTOLAR
  17 Mart 2022    Oxunub:870
Məşhur ukraynalı musiqi prodüseri Yuri Falesin evinə və ofisinə mərmi düşüb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, hadisə Kiyevin Podil bölgəsində baş verib.

Fales özü bu barədə "Facebook"da paylaşım edib, yanan binaların fotosunu yerləşdirərək yazıb ki, "Artıq ev və ofis yoxdur! Hamı sağdır! Nə edək? Yenidən tikib qurarıq!".

Qeyd edək ki, Fales Ani Lorak, Mika Nyuton, Maşa Qoya və başqa ulduzların prodüsseri olub.





Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Mərmi  



Xəbər lenti