Rus generaldan Xarkovdakı ABŞ laboratoriyasıyla bağlı qalmaqallı açıqlama

   Rus generaldan  Xarkovdakı ABŞ laboratoriyasıyla  bağlı qalmaqallı açıqlama
  17 Mart 2022    Oxunub:1117
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov ABŞ-ın Ukraynadakı gizli biolaboratoriyaları barədə diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, rusiyalı general Xarkovdakı ABŞ nəzarəti altında olan laboratoriyada yarasalar vasitəsilə xəstəliklərin insanlara ötürülməsi yollarını öyrənmək üçün gizli layihə həyata keçirildiyini iddia edib.
- Rusiya Müdafiə Nazirliyi ABŞ və onun NATO müttəfiqləri tərəfindən Ukrayna ərazisində hərbi bioloji proqramların həyata keçirilməsi ilə bağlı Ukrayna laboratoriyalarının əməkdaşlarından alınan sənədlərin öyrənilməsini davam etdirir, - Konaşenkov deyib.

ABŞ-ın Ukraynadakı biosirləri - Məxfi qovluq
Onun sözlərinə görə, Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin mütəxəssisləri Xarkovdakı laboratoriya əsasında ABŞ-ın Ukraynada yarasalar vasitəsilə insanlara xəstəliklərin ötürülməsi yollarının öyrənilməsi üzrə məxfi layihəni həyata keçirməsinin təfərrüatlarını üzə çıxaran orijinal sənədləri araşdırıblar.

- Vurğulamaq istəyirəm ki, sənədlərə əsasən, bu tədqiqatlar Xarkovda sistemli əsasda və uzun illər ABŞ-dan olan mütəxəssislərin birbaşa nəzarəti altında aparılıb, - Konaşenkov jurnalistlərə verdiyi açıqlamada deyib.

O qeyd edib ki, "Amerika layihəsi çərçivəsində Xarkov Baytarlıq İnstitutu yüksək patogenli quş qripinin ötürülməsi üçün daşıyıcı kimi vəhşi quşları tədqiq edib. Eyni zamanda, yoluxma proseslərinin idarəolunmaz hala gəlməsi, iqtisadi ziyana, ərzaq təhlükəsizliyi riskləri, eləcə də epidemiyaya səbəb ola biləcək şərtlər qiymətləndirilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   General   Laboratoriya  



Xəbər lenti