Polşada ABŞ-ın daimi hərbi bazaları yaradıla bilər

   Polşada ABŞ-ın daimi hərbi bazaları yaradıla bilər
  17 Mart 2022    Oxunub:1115
“NATO-nun iyun sammitindən sonra Polşada daimi ABŞ hərbi bazaları yaradıla bilər”.
AzVision.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Mariuş Blaşak Polşa radiosunun efirində deyib. “NATO-nun iyun ayında, Madriddə keçiriləcək sammitində bütün bunlar müzakirə olunacaq. Biz məqsədyönlü şəkildə buna doğru irəliləyirik. Bu, çox realdır. Beləliklə, müttəfiqlərin Polşa torpaqlarında mövcudluğunu bir səviyyəyə çatdırırıq”-, deyə nazir vurğulayıb.

O qeyd edib ki, hazırda Polşada 10 mindən çox amerikalı əsgər yerləşdirilib. “Bu gün Polşada 10 mindən çox amerikalı əsgər var, lakin bizim torpaqlarda Britaniya hərbçiləri, Rumıniya qoşunları, Kanada qoşunları, Xorvatiyadan olan əsgərlər də var”, - nazir deyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Polşa   ABŞ  



Xəbər lenti