Rusiyada "McDonald's"ı "Дядя Ваня" əvəzləyəcək

 Rusiyada   "McDonald
  17 Mart 2022    Oxunub:1382
Tərəvəz konservləri istehsal edən "Russkoe pole - Loqistik" "McDonald's" restoranlar şəbəkəsinin brendinə çevrilmiş "B" hərfinin təsvirini ehtiva edən "Дядя Ваня" ticarət markasının qeydiyyatdan keçirmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, şirkət bunun üçün "Rospatent"ə ərizə ilə müraciət edib.

"McDonalds" Rusiyada 850 restoranını bağladı
- Ərizə "Rospatent"ə martın 12-də daxil olub. Ərizəçi öz brendini beynəlxalq təsnifat üzrə vahid sinifli xidmətlər, məsələn, qəlyanaltılar, kafelər, bufetlər, restoranlar, bar xidmətləri, yeməkxanalar, yemək bişirmə və evə çatdırılma xidmətləri və s. üçün qeydiyyatdan keçirməyi xahiş edir. Müraciətə hələ də baxılmayıb.

Martın 10-da Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasda Qərb şirkətlərinin Rusiyanı tərk etməsi ilə bağlı müzakirələr zamanı dedi ki, Rusiya xammalından istifadə edən "McDonald's"ın əvəzinə “artıq sabahdan” yerli şəbəkə yaranmalıdır və iş yerləri qorunmalıdır. Volodinin qeyd edib ki, "sabah McDonald's yox, Vanya dayı olmalıdır",- məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti