ARDNŞ-də aksiya keçirildi

ARDNŞ-də aksiya keçirildi
  12 Aprel 2014    Oxunub:1064
ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Baş ofisin, eləcə də “Azneft” İstehsalat Birliyinin kollektivi neftlə çirklənmədən təmizlənmiş Bibiheybət mədən ərazisində keçirilən iməcilikdə iştirak ediblər.
ARDNŞ genişmiqyaslı ağacəkmə kampaniyası keçirib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, ARDNŞ-nin idarə və müəssisələrinin əməkçiləri hər il yaz-payız mövsümlərində silsilə iməciliklər keçirir, yaşıllaşdırma və abadlıq işləri aparırlar. Neftlə çirklənmədən təmizlənmiş ərazilərdə yaşıllıq və abadlıq işlərinin aparılmasına ciddi diqqət yetirilir.

Aprelin 12-də Şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Baş ofisin, eləcə də “Azneft” İstehsalat Birliyinin kollektivi neftlə çirklənmədən təmizlənmiş Bibiheybət mədən ərazisində keçirilmiş iməcilikdə iştirak ediblər. Şirkət prezidenti və rəhbərliyin digər nümayəndələri burada salınmış yaşıllıqlarla maraqlanıb, ağac əkiblər. ARDNŞ prezidenti R.Abdullayev kütləvi informasiya vasitələri əməkdaşlarının ağacəkmə aksiyası haqda suallarını cavablandırıb. O bildirib ki, şirkətin bütün idarə və müəssisələrinin əməkçilərinin qatıldığı 12 aprel iməciliyində ərazilərin relyefinə uyğunlaşdırılmış 10 minə yaxın ağac və gül kolu əkiləcək, böyük abadlıq işləri aparılacaq. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, sərv, zeytun, eldar şamı və dekorativ gül kollarına üstünlük veriləcək. ARDNŞ prezidenti neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağını bildirib.


Teqlər:





Xəbər lenti