Moskva və Kiyev Çernobılın birgə mühafizəsi haqqında razılığa gəliblər

   Moskva və Kiyev    Çernobılın birgə mühafizəsi    haqqında razılığa gəliblər
  17 Mart 2022    Oxunub:1060
Rusiya Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasında(AES) birgə təhlükəsizliklə bağlı razılığa gəlib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
O, qeyd edib ki, ölkələr enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər.

Kiyev Rusiyanın itkilərini açıqladı: 14 min hərbçi, 444 tank
- Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib, - diplomat deyib.
Zaxarova əminliyini ifadə edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çernobıl   Kiyev   Moskva  



Xəbər lenti