"Bakı və İrəvanın sülh danışıqlarına kömək etməyə hazırıq"

 "Bakı və İrəvanın sülh danışıqlarına kömək etməyə hazırıq"
  17 Mart 2022    Oxunub:1367
"Moskva Bakı və İrəvanın sülh müqaviləsinə hazır olmasını alqışlayır və danışıqlar prosesinə kömək etməyə hazırdır". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
- Biz Bakı və İrəvanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün hazır olmasını alqışlayırıq və danışıqlar prosesinə hər cür kömək etmək niyyətimizi bir daha təsdiqləyirik, - Zaxarova cümə axşamı brifinqdə deyib.

O, qeyd edib ki, sülh müqaviləsinin imzalanma vaxtı barədə danışmaq hələ tezdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti