Britaniya Polşada "Sky Saber" hava hücumundan müdafiə sistemi yerləşdirir

   Britaniya Polşada    "Sky Saber"    hava hücumundan müdafiə sistemi yerləşdirir
  17 Mart 2022    Oxunub:1077
Britaniya Polşada "Sky Saber" hava hücumundan müdafiə sistemi və 100 hərbçi yerləşdirəcək. AzVision.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
- Biz Polşaya dəstək olmaq və Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün orta mənzilli "Sky Saber" sistemi və əlavə olaraq 100 əsgəri bu ölkədə yerləşdiririk, - Uolles Varşavada polşalı həmkarı Mariuş Blaşak ilə görüşdən sonra deyib.

Britaniyalı nazir qeyd edib ki, “Sky Saber” səs sürəti ilə uçan tennis topu ölçüsündə hədəfi vura bilən ən müasir orta mənzilli sistemdir.

- Biz bu sistemi gələcəkdə Polşa ilə birlikdə inkişaf etdirəcəyik, - o əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti