Polşa 2023-cü ildən Rusiya qazından imtina edəcək

Polşa 2023-cü ildən Rusiya qazından imtina edəcək
  17 Mart 2022    Oxunub:962
"Polşa ilə Rusiya arasında qazın alınmasına dair uzunmüddətli müqavilənin müddəti 2022-ci ilin dekabrında başa çatır və Rusiya ilə yeni razılıq olmayacaq".
AzVision.az xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Pyotr Naimski məlumat verib.

- Biz artıq Rusiya tədarükçülərindən qaz almayacağıq. Hazırda qazın 50%-i Rusiyadan gəlir və biz onu əvəz edə bilərik, - Naimski deyib.

Onun sözlərinə görə, Rusiya qazı Polşanın idxalı böyük hissəsini təşkil edir və Rusiya tədarüklərini əvəz edən müqavilələr portfelləri var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  



Xəbər lenti