"Qərb bizi Ukrayna münaqişəsinə cəlb edə bilməyəcək" - Lukaşenko

   "Qərb bizi Ukrayna münaqişəsinə cəlb edə bilməyəcək" -    Lukaşenko
  17 Mart 2022    Oxunub:914
Belarus prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS kanalına müsahibə verib. AzVision.az xəbər verir ki, o, açıqlamasında Qərbi ittiham edib.
Lukaşenko bəzi qüvvələrin Minski Ukraynadakı müharibəyə cəlb etməyə cəhd etdiklərini iddia edib.

- Qərb bizi bu münaqişəyə sürükləyə bilməyəcək. Biz bu münaqişəyə cəlb olunmamaq üçün kifayət qədər ağıllıyıq. Amerikalılar və onların tərəfdaşları bu gün bizi bu münaqişəyə sövq edir, - Belarus prezidenti deyib.

AzVision.az



Teqlər: Belarus  



Xəbər lenti