Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

 Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb
  17 Mart 2022    Oxunub:1235
Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna münaqişəsindəki roluna görə Belarusla əməkdaşlığı dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, Belarusun bütün tədbirlərdə iştirakı dayandırılıb. Bu, Venesiya Komissiyasının iclaslarına da aiddir. Lakin Belarusun beynəlxalq konvensiyaların iştirakçısı kimi hüququ məhdudlaşdırılmır.

Komitə Minsklə istənilən texniki əməkdaşlığı da dayandırmaq niyyətindədir.

AzVision.az



Teqlər:



Xəbər lenti