"Rusiya “Kalibr” və “İsgəndər” raketlərindən istifadə edib" - Ukrayna MN
"Düşmənin maddi-texniki təchizatı ilə bağlı ciddi problemləri var, itki verməkdə davam edirlər. Bəzi istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri bloklanır. Düşmən əməliyyatın ilk iyirmi günü ərzində “Kalibr” dəniz bazalı qanadlı raketlərinin və “İsgəndər” operativ-taktiki raket sistemlərinin demək olar ki, bütün dəstindən istifadə edib. Ölkənin infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə raket və bombalı hücumlar davam edirlər.
Düşmən Ukraynanın Mariupol şəhərinin mühasirəsini davam etdirir və mülki infrastrukturun, yaşayış binalarının və həyat təminatı obyektləri tamamilə məhv edir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


