"Son sutkada 5 muzdlu əsgər öldürülüb" - Rusiya mediası

"Son sutkada 5 muzdlu əsgər öldürülüb" -    Rusiya mediası
  18 Mart 2022    Oxunub:1551
Rusiya mediası Ukraynda muzdlu döyüşçülərin öldürülməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar muzdlu əsgərlərin Donetsk istiqamətində öldürüldüyünü yazıblar.
- Xalq milisinin yaydığı məlumata görə "Donetsk Xalq Respublikası"nda sutka ərzində 5 əcnəbi muzdlu əsgər və 50-dən çox "millətçi"(ukraynalı döyüşçülər nəzərdə tutulur-red.)məhv edilib. - məqalədə yazılıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bir neçə gün sonra hər iki tərəf əcnəbi könüllü döyüşçülərin müharibədə iştirakına icazə verdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Muzdlu   Rusiya  



Xəbər lenti