Ukraynada 9 humanitar dəhliz açılır

   Ukraynada 9 humanitar dəhliz açılır
  18 Mart 2022    Oxunub:1223
Cümə günü Ukraynada 9 humanitar dəhlizin açılması ilə bağlı məsələ razılaşdırılıb. AzVision.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk deyib.
Onun sözlərinə görə, humanitar dəhlizlər Donetsk vilayətində Mariupoldan Zaporojyeyə qədər, Sumi rayonunda Sumidən Poltavaya kimi, Trostyanetsdən, Lebedin, Konotop, Krasnopolye, Velyka Pisarevka kəndlərindən Poltavaya qədər təşkil ediləcək.

Vereşçuk əlavə edib ki, humanitar yardımın Xarkov vilayətinin Balakleya və İzyum şəhərlərinə çatdırılması planlaşdırılır.

- Sabahkı gün üçün isə humanitar yardımın Xerson və Luqansk vilayətlərinin şəhərlərinə çatdırılması üçün marşrutlar üzərində işləyirik, - Vereşçuk deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti