Erməni deputatdan ilginc etiraf

Erməni deputatdan ilginc etiraf
  13 Aprel 2014    Oxunub:1341
AzVision.az xəbər verir ki, “Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur”.

Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib.

Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil.

“Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Eyni sözlər İrana aiddir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil”, - deyə Manukyan qeyd edib. /Musavat/


Teqlər:  





Xəbər lenti