"Ukrayna Pentaqonun ən böyük biolaboratoriya layihəsidir" - Lavrov

   "Ukrayna Pentaqonun ən böyük biolaboratoriya layihəsidir" -    Lavrov
  18 Mart 2022    Oxunub:909
Rusiya xarici işlər naziri Sergey Lavrov RT kanalına Ukrayna müharibəsinə dair müsahibə verib. AzVision.az xəbər verir ki, Rusiya XİN başçısı bir sıra diqqət çəkən açıqlamalar verib.
O deyib ki, Rusiya Ukraynanın Pentaqonun ən böyük biolaboratoriya layihəsi ola biləcəyini istisna etmir.

Onun sözlərinə görə, amerikalılar burada potensial infeksiyaları sınaqdan keçiriblər, Rusiya isə bu məsələni beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. O xatırladıb ki, Rusiya Bioloji və Zəhərli Silahların Qadağan edilməsi haqqında Konvensiyaya üzv olan ölkələrə hamıya şamil edilən yoxlama mexanizminin işlənib hazırlanmasını təklif edib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Moskva öz şəffaflığına nail olmaq üçün hərbi bioloji fəaliyyətlərin araşdırılması mexanizminin hazırlanmasında israrlıdır. Nazir həmçinin qeyd edib ki, amerikalılar müxtəlif ölkələrdə 300-dən çox laboratoriya yerləşdiriblər, onların çoxu Rusiyanın perimetri boyunca yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti