Avropa Parlamentindən Rusiya və Belarus rəsmilərinə qadağa

   Avropa Parlamentindən Rusiya və Belarus rəsmilərinə qadağa
  18 Mart 2022    Oxunub:1091
Avropa Parlamenti rusiyalı və belaruslu diplomat və rəsmi şəxslərə qurumun Brüssel və Strasburq şəhərlərindəki binalarına daxil olmağı qadağan edib.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Parlamentinin prezidenti Roberta Metsola məlumat yayıb.

“Bu gündən etibarən Rusiya və Belarusun diplomatik və dövlət personalına Avropa Parlamentinin binalarına daxil olmaq qadağan olunur. Avropa Parlamentində demokratik dünya nizamını pozan şəxslərə yer yoxdur”.

AzVision.az


Teqlər:



Xəbər lenti