Bayden Çin Sədrinə xəbərdarlıq etdi

   Bayden Çin Sədrinə xəbərdarlıq etdi
  18 Mart 2022    Oxunub:1169
ABŞ prezidenti Co Bayden Çin Xalq Respublikasının rəhbəri Si Cinpinə Ukraynaya qarşı müharibədə Çinin Rusiyaya yardım göstərməsinin nəticələri barədə xəbərdarlıq edib.
Bu barədə Ağ Evin Prezidentlərin iki saatlıq danışığından sonra yaydığı bəyanatında deyilir. Qeyd edilir ki, Bayden ABŞ və müttəfiqlərinin bu böhranla bağlı fikirlərini, Cinpinə bildirib. O, Rusiyaya qarşı sanksiyaların tətbiqi də daxil olmaqla, hücumun qarşısının alınmasına yönəlmiş səyləri ətraflı izah edib.

“Çinin Ukrayna şəhərlərinə və mülki şəxslərə qarşı amansız hücumlar həyata keçirən Rusiyaya maddi dəstək göstərməsinin nəticələrindən və iştirakından danışıb”, - məlumatda deyilir.

Bayden böhranın diplomatik yolla həllini dəstəklədiyini də vurğulayıb.

Çinin Sinxua xəbər agentliyinin məlumatına görə, Si Cinpin Co Bayden ilə söhbətində hər iki ölkənin dünya sülhü üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti